(20.03.1907, Şamaxı ş. – 1998, Bakı) – Azərbaycan elektrotexniki, Azərbaycan SSR EA akademiki (1969; müxbir üzvü,1955), texnika elmləri doktoru (1952), professor (1953). 1931 ildə M.İ.Kalinin adına Leninqrad Politexnik İnstitutunu bitirmişdir. 1941-44 illərdə Azərbaycan SSR EA-nın Kirovabad Elmi-Tədqiqat Bazasında direktor, 1952-60 illərdə İ.Yesman adına Elmi-Tədqiqat Energetika İnstitutunun direktor müavini və direktoru olmuşdur. 1960 ildən həmin institutun idarəolunan elektrik intiqalları laboratoriyasına rəhbərlik etmişdir. Əsas elmi işləri avtomatik idarə olunan elektrik intiqallarının ümumi nəzəriyyəsinə və xüsusilə, asinxron mühərriklərin tezlik vasitəsilə tənzimlənməsinə həsr olunmuşdur. Əfəndizadə A.Ə. Azərbaycan dilində texniki terminologiya sahəsində də fəaliyyət göstərmişdir. O, avtomatik idarəetmə üzrə SSRİ milli komitəsinin Azərbaycan yerli şöbəsinin sədri, Beynəlxalq Avtomatika Terminologiya və Standartlar Komitəsinin üzvü, Sovet-Bolqar Dostluq Cəmiyyəti Azərbaycan şöbəsinin sədr müavini olmuşdur. Avtomatik İdarəetmə üzrə Ümumdünya Federasiyasının 1 (Moskva, 1960), 3 (London,1966), 4 (Varşava, 1969), 5 (Paris, 1972), 6 (Boston, 1975), 7-ci (Helsinki,1978) konqreslərində məruzə etmişdir. Ömrünün son illərində Azərbaycan Neft Akademiyasında işləmişdir. Yüksək ixtisaslı kadrların hazırlanmasında xidmətləri vardır. Bir sıra ixtiralarıın müəllifidir. Qırmızı Əmək Bayrağı və “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir.
Əd.: ASE, IV cild, Bakı-1980, s. 244