(18.1.1916, Bakı – 2.1.1973, Bakı) – bəstəkar, dirijor, pedaqoq, Azərbaycanın əməkdar incəsənət xadimi. Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Azərbaycan Dövlət Filarmoniyasında konsertmeyster, instrumental heyətin rəhbəri, dirijor köməkçisi və orkestrin bədii rəhbəri olmuş, respublikanın mahnı və rəqs ansamblının dirijoru və bədii rəhbəri vəzifəsində çalışmış, 1938 ildə Moskvada Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə iştirak etmişdir. 1957 ildə Moskvada keçirilən VI Ümumdünya gənclər və tələbələr festivalının laureatı olmuş və qızıl medalla mükafatlandırılmışdır. Dünya musiqisi incilərini, klassik qərb musiqisini işləyib Azərbaycan xalq çalğı alətləri orkestri üçün orkestrləşdirmişdir. Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblına rəhbərlik etmişdir. Onun rəhbərlik etdiyi dövrdə ansambl “Əməkdar kollektiv” fəxri adına layiq görülmüşdür. 1959 ildə Moskvada Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyünün iştirakçısı olmuşdur. 1963-65 illərdə Azərbaycan televiziyası və radiosu xalq çalğı alətləri orkestrində ikinci dirijor işləmişdir.
Məlumat ailəsindən alınmışdır.