(9.5.1946, Bakı) – Azərbaycan geoloqu, geologiya-mineralogiya elmləri doktoru (1997), Azərbaycan MEA-nın müxbir üzvü (2007). Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir Azərbaycan EA-nın DNQYPİ-da mühəndis, böyük mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, “Qazımada geoloji-texnoloji proqnozlaşdırma” sektorunun rəhbəri işləmiş (1970-96), 1996 ildən “Quyuların qazılmasının geoloji şəraiti” (hal-hazırda “Quyuların qazılması texnologiyası”) şöbəsinin rəhbəri, 2003 ildən bu günə kimi isə, Azərbaycan MEA-nın Geologiya (hal-hazırda Geologiya və Geofizika) lnstitutunda həmin şöbənin müdiri vəzifəsində işləyir.
Elmi tədqiqat sahəsi quyuların qazılması zamanı optimal qərarların qəbulu; qazıma prosesində geoloji-texnoloji və geofızıki tədqiqatlar kompleksi əsasında geoloji kəsilişlərin öyrənilməsi; dağ süxurlarının dağıdılması prosesləri və süxurdağıdıcı alətin işi; quyulann qazılması zamanı mümkün mürəkkəbləşmələrin proqnozlaşdırılması və qarşısının alınması (Anomal Yüksək Lay Təzyiqləri zonalarının, udulma intervallarının və s. proqnozlaşdırılması); neft hasilatının intensivləşdirilməsi üzrə müxtəlif geoloji-texniki tədbirlərin müqayisəli səmərəliliyinin təhlili və qərarların qəbul edilməsi, qazımada qeyri-müəyyənlik nəzərə alınmaqla qərarların qəbul edilməsi ilə bağlıdır. 180-dən artıq elmi əsərin, o cümlədən monoqrafiya, broşürlərin müəllifıdir. İxtira və patentlərə görə 5 müəlliflik şəhadətnaməsi və patent almışdır. Müxtəlif ölkələrdə keçirilən bir çox sayda Beynəlxalq konfrans və simpoziumlarda məruzə ilə çıxış etmişdir. “Lütvi Zadənin irsi və süni intellekt” Assosiasiyasının, Qazımaçılar Assosiasiyasının üzvü, Atırau (Qazaxıstan) Neft və Qaz İnstitutunun fəxri professorudur. “AMEA-nın Xəbərləri. Yer elmləri haqqında Seriyası”, “Azərbaycan Neft Təsərrüfatı”, “Vestnik Atırauskoqo İnstituta Nefti i Qaza” jurnallarının redaksiya heyətlərinin, Moskvada çıxan “Upravlenie kaçestvom nefteqazovoqo kompleksa” jurnalının redaksiya şurasının üzvüdür.
Məlumat Q.Əfəndiyevdən alınmşdır.