(18.5.1939, Bakı) – Azərbaycan hüquqşünası, hüquq elmləri doktoru (2009). Azərbaycan Dövlət Universitetini bitirmişdir. SSRİ EA-nın Dövlət və Hüquq İnstitutunun beynəlxalq hüquq şöbəsində (1968-71), P.Lumumba adına Xalqlar Dostluğu Universitetinin beynəlxalq hüquq kafedrasında (1971-74), Hindistandakı SSRİ səfirliyində (1974-77) işləmişdir. Moskva Maliyyə İnstitutunun hüquq kafedrasında dosent (1977-90), Azərbaycan Respublikasının Ali Sovetinin hüquq şöbəsində aparıcı mütəxəssis (1990-91), Azərbaycan Dövlət İqtisad Universitetinin hüquq kafedrasının müdiri (1991-97) vəzifələrində çalışmışdır. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadi hüquq kafedrasının dosent-məsləhətçisidir.
Məlumat O.Əfəndiyevdən alınmışdır.