(21.2.1921, Şamaxı ş. – 22.1.2003) – Azərbaycan Respublikasının əməkdar həkimi (1960). Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. İkinci Dünya müharibəsinin iştirakçısıdır. Azərbaycan səhiyyə sistemində uzun illər vicdanla çalışmışdır. Qazıməmməd, Xaldan, Qaradağ rayonlarında səhiyyə şöbəsinin müdiri, 2 saylı ruhi-əsəb xəstəxanasının baş həkimi və Bakı şəhərindəki 5 saylı poliklinikanın baş həkimi vəzifələrində çalışmışdır. Medallarla təltif olunmuşdur.
Məlumat İ. Əfəndiyevdən alınmışdır.