(3.2.1953, Şamaxı r-nunun Nərimankənd k.) – aktyor, rejissor. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri. Azərbaycan Dövlət İncəsənət İnstitutunu və Gənc Kinematoqrafçıların Ali Kursunu bitirmişdir. “Alman klinikasına şəxsi səfər” (Arşak Qukasov), “Qara Volqa” (Səfərəli), “Sonuncu fəsil” (Mamed), “Asif, Vasif, Ağasif”, “Birisigün, gecəyarısı…”, “Biz qayıdacağıq”, “Gecə qatarında qətl”, “Qəribə adam”, “Nəsimi”, “Tənha narın nağılı” və s. filmlərdə aktyor kimi çəkilmiş, “Gecə qatarında qətl”, “Qara Volqa”, “Şeytan göz qabağında”, “Yaramaz”, “Yaşa, qızıl balıq” filmlərinin isə ikinci rejissoru olmuşdur.
Məlumat N. Əzməmmədovdan alınmışdır.