Şamaxı Ensiklopediyası
  • Ana səhifə
  • Struktur
    • Azərbaycan Respublikası
    • Ümummilli Liderimiz Şamaxıda
    • Dövlət başçımız Şamaxıda
    • Görkəmli şəxsiyyətlər
      • Dövlət xadimləri
      • Mütəfəkkirlər
      • Elm və sənət adamları
    • Qəhrəmanlar
      • Müharibə qəhrəmanları
      • Şəhidlər
    • Əmək qəhrəmanları
    • Tarixi-arxeoloji və memarlıq abidələri
    • Yaşayış məntəqələri
    • Fiziki və coğrafi obyektlər
    • Flora və fauna
    • Oçerklər
      • Şamaxı şəhərinin tarixi
      • Şamaxının mənəvi mədəniyyəti
      • Şamaxı qalaları
      • Şamaxı elm və təhsildə
      • Şamaxı iqtisadiyyatda
      • Şamaxı mədəniyyətdə
      • Şamaxı rayonunun yaşayış məntəqələri
      • Şamaxı soyqırımı
      • Şamaxı ədəbiyyatda
      • Şirvan bölgəsinin xalçaçılıq ənənələri
      • Şamaxı zəlzələləri
      • Şamaxıda pul zərbi
    • Fotoların dili ilə
    • Nəşrlər
    • Tədbirlər
    • Elektron Şamaxı ensiklopediyası
    • ŞAMAXI HAQQINDA DƏYƏRLİ NƏŞR
    • HAQQIMIZDA
    »
  • Qalereya
  • Əlaqə
  • İştirak et
elkhan-suleymanov.az
  • Ana səhifə
  • Menyu
    • Azərbaycan Respublikası
    • Ümummilli Liderimiz Şamaxıda
    • Dövlət başçımız Şamaxıda
    • Görkəmli şəxsiyyətlər
      • Dövlət xadimləri
      • Mütəfəkkirlər
      • Elm və sənət adamları
    • Qəhrəmanlar
      • Müharibə qəhrəmanları
      • Şəhidlər
    • Əmək qəhrəmanları
    • Tarixi-arxeoloji və memarlıq abidələri
    • Yaşayış məntəqələri
    • Fiziki və coğrafi obyektlər
    • Flora və fauna
    • Oçerklər
      • Şamaxı şəhərinin tarixi
      • Şamaxının mənəvi mədəniyyəti
      • Şamaxı qalaları
      • Şamaxı elm və təhsildə
      • Şamaxı iqtisadiyyatda
      • Şamaxı mədəniyyətdə
      • Şamaxı rayonunun yaşayış məntəqələri
      • Şamaxı soyqırımı
      • Şamaxı ədəbiyyatda
      • Şirvan bölgəsinin xalçaçılıq ənənələri
      • Şamaxı zəlzələləri
      • Şamaxıda pul zərbi
    • Fotoların dili ilə
    • Nəşrlər
    • Tədbirlər
    • Elektron Şamaxı ensiklopediyası
    • ŞAMAXI HAQQINDA DƏYƏRLİ NƏŞR
    • HAQQIMIZDA
  • Qalereya
  • Əlaqə
  • İştirak et
    • A
    • B
    • C
    • Ç
    • D
    • E
    • Ə
    • F
    • G
    • H
    • X
    • İ
    • J
    • K
    • Q
    • L
    • M
    • N
    • O
    • Ö
    • P
    • R
    • S
    • Ş
    • T
    • U
    • Ü
    • V
    • Y
    • Z

ƏLİZADƏ Məmmədtağı Hacı Əbdülsəməd oğlu


  • Elm və sənət adamları
  • Ə
  • Görkəmli şəxsiyyətlər
  • Simalar

elizade_memmedtagi_8_avqust(10.1.1858, Şamaxı – mart, 1918, Şamaxı) – ictimai-siyasi xadim, iqtisadçı alim, publisist; Birinci Dövlət Dumasının deputatı. Şamaxı məhəllə məktəbində (1864-68), Tiflisdə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdindəki altısinifli məktəbdə (1868-74), Bakı realnı məktəbində (1874-78) oxumuşdur. Moskvada Petrovski-Razumovski kənd təsərrüfatı və meşəçilik akademiyasını aqronom və iqtisadçı ixtisası üzrə bitirmişdir. Təkmilləşmək üçün Avropaya getmiş, bir il Fransa və Almaniyada yaşamış, Sileziya vilayətinin iqtisadiyyatına dair elmi əsər yazıb nəşr etdirmişdir. Rusiya imperiyası maliyyə nazirliyinin rüsum və töycü şöbəsində işləmişdir (1883-88). Nazir Rixtenin islahat layihələri bürokratiyanın müqaviməti ilə qarşılaşarkən, digər mütərəqqi məmurlarla birlikdə istefa verib Şamaxıya qayıtmış, xeyriyyə işləri ilə məşğul olmuşdur. İrana səyahət etmiş, müşahidələri əsasında Z.Marağayinin “İbrahim bəyin səyahətnaməsi” romanına bənzər bir əsər yazmışdır.

1906 ildə Bakı quberniyasından 1-ci Dövlət Dumasına deputat seçilmişdir. Əlizadə iqtisadçı alim kimi “Trudoviklər” partiyasına rəğbət bəsləmiş, müsəlman fraksiyasının üzvü olaraq, qeyri-rus xalqların milli muxtariyyəti ideyasını müdafiə etmişdir. Fevral inqilabından (1917) sonra Şamaxının siyasi həyatında fəal iştirak etmiş, erməni-daşnak dəstələri şəhər əhalisinə vəhşicəsinə divan tutarkən həlak olmuşdur.

Əlizadə erkən yaşlarından siyasi və ədəbi fəaliyyətə başlamış, Həsən bəy Zərdabinin təşəbbüsü ilə Nəcəf bəy Vəzirovun Petrovski-Razumovski akademiyasında yaratdığı “İmdadiyyə” siyasi dəməyinin üzvü olmuş, “Əkinçi” qəzetində və digər dövri mətbuat orqanlarında məqalələr dərc etdirmişdir. İqtisadiyyat və kənd təsərrüfatına dair əsərləri 1918 il mart soyqırımı zamanı daşnaklar tərəfindən məhv edilmişdir.

Əd.: “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”, I cild, Bakı, “Lider Nəşriyyat, 2004, s.360

Bənzər mövzular

VƏLİYEV Əzizağa Muradxan oğlu

EYVAZOVA (Qəhrəmanova) Kəmalə Əhliman qızı

ƏSGƏROV Firudin Həsən oğlu

ƏFƏNDİYEV Fərhad Rəşid oğlu

Kateqoriyalar

    • Azərbaycan Respublikası
    • Ümummilli Liderimiz Şamaxıda
    • Dövlət başçımız Şamaxıda
    • Görkəmli şəxsiyyətlər
      • Dövlət xadimləri
      • Mütəfəkkirlər
      • Elm və sənət adamları
    • Qəhrəmanlar
      • Müharibə qəhrəmanları
      • Şəhidlər
    • Əmək qəhrəmanları
    • Tarixi-arxeoloji və memarlıq abidələri
    • Yaşayış məntəqələri
    • Fiziki və coğrafi obyektlər
    • Flora və fauna
    • Oçerklər
      • Şamaxı şəhərinin tarixi
      • Şamaxının mənəvi mədəniyyəti
      • Şamaxı qalaları
      • Şamaxı elm və təhsildə
      • Şamaxı iqtisadiyyatda
      • Şamaxı mədəniyyətdə
      • Şamaxı rayonunun yaşayış məntəqələri
      • Şamaxı soyqırımı
      • Şamaxı ədəbiyyatda
      • Şirvan bölgəsinin xalçaçılıq ənənələri
      • Şamaxı zəlzələləri
      • Şamaxıda pul zərbi
    • Fotoların dili ilə
    • Nəşrlər
    • Tədbirlər
    • Elektron Şamaxı ensiklopediyası
    • ŞAMAXI HAQQINDA DƏYƏRLİ NƏŞR
    • HAQQIMIZDA

Digər Materiallar

  • HÜSEYNOV Rövşən Nişan oğlu

    (19.12.1954, Şamaxı, 8 saylı sovxoz) – idmançı, sərbəst güləş üzrə SSRİ...

  • CİDDİ Hüseyn Əhməd oğlu

    (1922, Təbriz – 13.8.1987, Bakı) – Azərbaycan tarixçisi, arxeoloq, tarix elmləri...

  • Prezident İlham Əliyev Şamaxı rayonunda Meysəri kənd tam orta məktəbinin yeni binasının açılışında iştirak edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun...

Şamaxı Ensiklopediyası © 2023 elkhan-suleymanov.az Bütün hüquqlar qorunur.

1905.az STUDIO