(1950, Şamaxı ş.) – Azərbaycanın əməkdar müəllimi (2005). Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Şamaxı şəhər 2 saylı orta məktəbdə müəllim, direktor, Şamaxı rayon Partiya Komitəsində təlimatçı, şöbə müdiri, Şamaxı rayon Təhsil Şöbəsinin müdiri vəzifələrində çalışmışdır. “Şamaxı – təhsil tarixi” monoqrafiyasının həmmüəllifidir.
Əd.: Ə.Məmmədov, V.Əliyev “Şamaxı – təhsil tarixi”, Bakı, “Zərdabi LTD”, 2009.