(23.9.1897, Şamaxı – 1984, Bakı) – terapevt. Tibb e.d. (1934), professor (1936). Azərbaycan SSR əməkdar elm xadimi (1957). Azərbaycan Dövlət Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakültəsinin daxili xəstəliklərin propedevtikası kafedrasının müdiri (1944 ildən) olmuşdur. Tədqiqatı, əsasən, patologiya, kurortologiya və tibb tarixi məsələlərinə həsr olunmuşdur. Әfəndiyevin respublikada malyariya xəstəliyinin aradan qaldırılmasında xidməti olmuşdur. Әfəndiyev neftçilər arasında təsadüf edilən peşə xəstəliklərinin profilaktika və müalicə üsullarını öyrənmişdir. Әfəndiyevin ixtisaslı kadrlar hazırlanmasında xidməti var. Lenin ordeni, bir neçə başqa orden və medalla təltif edilmişdir.
Əd.: ASE, IV cild, Bakı, 1980, s. 245