(1.8.1908, Şamaxı ş. – 29.4.1979, Bakı) – Azərbaycan ədəbiyyatşünası, tənqidçi, filologiya elmləri doktoru (1973). Bakı müəllimlər seminariyasını bitirmiş, Şamaxıda I və II dərəcəli məktəblərdə müəllimlik etmişdir. Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir. Azərbaycan Baş Mətbuat İdarəsində siyasi redaktor (1932-35), Azərbaycan Qiyabi Pedaqoji İnstitutunda müəllim (1935-41) işləmiş, Sovet Ordusunda siyasi işçi kimi xidmət etmişdir (1941-46). 1946 ildən ADU-nun filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasında baş müəllim, dosent kimi çalışmışdır. “20 əsr Azərbaycan bədii nəsri tarixindən” mövzusunda namizədlik (1953), “Azərbaycan klassik bədii nəsri tarixi (qədim dövrdən 1905 ilədək)” mövzusunda doktorluq (1973) dissertasiyası müdafiə etmişdir.
Əd.: Ə.Cəfərzadə, S. Qəniyev, R. Alışıv, S.Rəsulov “Şamaxı”, “Səda” Ədəbi-Nəşriyyat Mərkəzi, Bakı, 1994, s. 136-137