ƏLİYEV Elman Əfqan oğlu
ƏLİYEV Fərhad Şahid oğlu
ƏLİYEV Mahmud İsmayıl oğlu
ƏLİYEV Musa Mirzə oğlu
(11.4.1908, Şamaxı – 3.5.1985, Moskva) – Azərbaycan geoloqu. Geologiya-mineralogiya e.d. (1957), professor (1957), Azərbaycan SSR EA akademiki (1950). SSRİ-nin fəxri neftçisi. Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) direktoru (1939-41), Azərbaycan SSR EA prezidenti (1950-58), Azərbaycan Dövlət Universitetində paleontologiya, tarixi geologiya və SSRİ geologiyası kafedrasının müdiri (1951-58) olmuşdur.
ƏLİYEVA Elmira Mikayıl qızı
ƏLİYEVA Həbibə Mirpaşa qızı
(13.1.1962, Şamaxı ş.) – tarixçi, tarix üzrə fəlsəfə doktoru (2014). Bakı Dövlət Universitetini bitirmişdir. 1997 ildən AMEA Milli Azərbaycan Tarixi Muzeyində elmi işçi kimi iş fəaliyyətini davam etdirmişdir. 2009 ildən ekspozisiyanın təhlükəsizliyi üzrə muzeyin direktor müavini vəzifəsində çalışır.
ƏLİZADƏ Ağasəməd Əbdülhüseyn oğlu
ƏLİZADƏ Ələşrəf Əbdülhüseyn oğlu
ƏLİZADƏ Məmmədtağı Hacı Əbdülsəməd oğlu
(10.1.1858, Şamaxı – mart, 1918, Şamaxı) – ictimai-siyasi xadim, iqtisadçı alim, publisist; Birinci Dövlət Dumasının deputatı. Şamaxı məhəllə məktəbində (1864-68), Tiflisdə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdindəki altısinifli məktəbdə (1868-74), Bakı realnı məktəbində (1874-78) oxumuşdur. Moskvada Petrovski-Razumovski kənd təsərrüfatı və meşəçilik akademiyasını aqronom və iqtisadçı ixtisası üzrə bitirmişdir. Təkmilləşmək üçün Avropaya getmiş, bir il Fransa və Almaniyada yaşamış, Sileziya vilayətinin iqtisadiyyatına dair elmi əsər yazıb nəşr etdirmişdir. Rusiya imperiyası maliyyə nazirliyinin rüsum və töycü şöbəsində işləmişdir (1883-88). Nazir Rixtenin islahat layihələri bürokratiyanın müqaviməti ilə qarşılaşarkən, digər mütərəqqi məmurlarla birlikdə istefa verib Şamaxıya qayıtmış, xeyriyyə işləri ilə məşğul olmuşdur. İrana səyahət etmiş, müşahidələri əsasında Z.Marağayinin “İbrahim bəyin səyahətnaməsi” romanına bənzər bir əsər yazmışdır.