(1939, Şamaxı r-nunun Ovçulu k.) – tarixçi, tarix üzrə fəlsəfə doktoru (1973), dosent. Azərbaycan Dövlət Universitetini bitirmişdir. Şamaxı rayonunun Bağırlı kənd orta məktəbində dərs hissə müdiri, Xankəndi Pedaqoji İnstititutunda baş müəllim, dosent, kafedra müdiri vəzifələrində işləmişdir. 1989-1991 illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa fakültəsinin ilk dekanı, fakültə filiala çevrildikdən sonra isə ilk direktoru olmuşdur. 1991 ilin avqust ayından isə ADPU-nun yeni təşkil olunan Şamaxı filialına direktor təyin edilmişdir. Hazırda Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının humanitar və xüsusi fənlər kafedrasının müdiri və rayon Ağsaqqallar Şurasının sədridir.
Məlumat M.Alıcanovdan alınmışdır.