CƏFƏRZADƏ Gövhər Hacı Məcid qızı (Şövqiyyə)
(1883, Şamaxı – 1936, Bakı) – Azərbaycan müəllimi. İlk təhsilini evdə almışdır. Şamaxıda öz vəsaiti hesabına ikisinifli qız məktəbi (“Məktəbi-Şövqiyyə”, 1912-18) açaraq, burada dərs demişdir.
(1883, Şamaxı – 1936, Bakı) – Azərbaycan müəllimi. İlk təhsilini evdə almışdır. Şamaxıda öz vəsaiti hesabına ikisinifli qız məktəbi (“Məktəbi-Şövqiyyə”, 1912-18) açaraq, burada dərs demişdir.
(29.1.1887, Şamaxı – 30.7.1965, Şamaxı r-nunun Çuxuryurd k.) – maarifçi, pedaqoq, metodist, publisist, yazıçı, şair. Şamaxı şəhər məktəbini bitirmişdir (1901). 1908 ildən pedaqoji fəaliyyətə başlamış, Şamaxı (1908-14) və Bakı (1914 ildən) məktəblərində müəllimlik etmişdir. Cəbrayılbəyli və Zülfüqar bəy Hacıbəyli Şamaxıda “Nicat” maarif cəmiyyətinin şöbəsini açmaq məqsədilə 1915 ilin yayında Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasını tamaşaya qoymuşlar.