XƏLƏFBƏYOV Məmməd Xələf bəy oğlu
(20.6.1898, Şamaxı – ?) – Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Şamaxı realnı məktəbini bitirib (1917), Petroqrad elektrotexnika institutuna daxil olmuş, Fevral inqilabından (1917) sonra Rusiyada baş verən hadisələrlə əlaqədar təhsilini yarımçıq qoyaraq vətənə qayıtmışdı. Parlamentin 1919 il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini fizika-riyaziyyat sahəsində davam etdirmək üçün İstanbul Universitetinə göndərilmişdir.