ATAKİŞİYEVA Məsmə Əlimərdan qızı
(21.3.1924, Şamaxı – 2.3.1999, Bakı) – Azərbaycan muəllimi, Azərbaycan SSR əməkdar müəllimi (1960), Sosialist Әməyi Qəhrəmanı (1968). Pedaqoji fəaliyyətə 1940 ildə Kürdəmir rayonunda başlamış, 1943-68 illərdə Ağsu şəhər orta məktəbində sinif müəllimi işləmişdir.
BABAŞOV Anar Əlibala oğlu
(15.12.1972, Şamaxı r-nunun Şəhriyar q. – 29.10.1992, Ağdam r-nunun Qazançı k. həlak olmuşdur) – Qarabağ müharibəsi şəhidi.
Əd.: “Şamaxı tarix-diyarşünaslıq muzeyi”, Bakı, 2009, s.175
BABAYEV Müşviq Adil oğlu
(24.2.1971, Şamaxı r-nunun Sabirli k. – 10.9.1992, Ağdərə r-nunun Çıldıran k. həlak olmuşdur) – Qarabağ müharibəsi şəhidi.
Əd.: “Şamaxı tarix-diyarşünaslıq muzeyi”, Bakı, 2009, s.175
BALAYEV Cavanşir Musa oğlu
(12.10.1958, Şamaxı ş. – 12.6.1992, Ağdam r.) – Qarabağ müharibəsi şəhidi. Orta təhsilini Şamaxıda almışdır. 1991 ildə cəbhəyə yollanmışdır. Naxçıvanik, Tapqaraqoyunlu və Gülablı kəndləri uğrunda döyüşlərdə və Xocalının müdafiəsində iştirak etmişdir. Ağdam bölgəsində Qaraqaya əməliyyatı zamanı qəhrəmancasına həlak olmuşdur. Bir sıra şeirləri qalmışdır.
Əd.: “Şamaxı tarix-diyarşünaslıq muzeyi”, Bakı, 2009, s.175
BALAYEV Çingiz Azad oğlu
(10.3.1974, Şamaxı r-nunun Dəmirçi k. – ?.8.1992, Qubadlı r-nunda itkin düşmüşdür) – 1992 ilin avqustunda döyüş şəraitində itkin düşmüş və Şamaxı rayon Məhkəməsinin qətnaməsinə əsasən şəhid hesab edilmişdir.
Əd.: “Şamaxı tarix-diyarşünaslıq muzeyi”, Bakı, 2009, s.175
BARATOV Müslüm Ağahəsən oğlu
(14.4.1973, Şamaxı r-nunun Məlikçobanlı k. – 16.7.1992, Ağdərə r-nunda həlak olmuşdur) – Qarabağ müharibəsi şəhidi.
Əd.: “Şamaxı tarix-diyarşünaslıq muzeyi”, Bakı, 2009, s.175
BAXŞİYEV Fərhad Behbud oğlu
12.6.1976, Şamaxı ş. – 7.12.1995, Tərtər r-nununda həlak olmuşdur) – Qarabağ müharibəsi şəhidi.
Əd.: “Şamaxı tarix-diyarşünaslıq muzeyi”, Bakı, 2009, s.
BAYRAMOV İmran Allahverdi oğlu
(1962, Şamaxı r-nunun Meysəri k. – 22.1.1994) – Qarabağ müharibəsi şəhidi.
Məlumat ailəsindən alınmışdır.
BAYRAMOV Kamil Canbaba oğlu
(12.2.1965, Şamaxı r-nunun Göylər k. – 26.1.1992, Daşaltıda həlak olmuşdur) – Qarabağ müharibəsi şəhidi. Əd.: “Şamaxı tarix-diyarşünaslıq muzeyi”, Bakı, 2009, s.175