HÜSEYNOV Arif Şahbaz oğlu
(1943, Bakı) – Azərbaycanın xalq rəssamı (2006). Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini və Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. “Göyərçin” jurnalının bədii redaktoru, “Azərbaycan dünyası” beynəlxalq qalereyasının rəhbəri, Bakı Xətai sənət mərkəzi nəzdindəki miniatür qalereyasının bədii rəhbəri, Azərbaycan Rəssamlar İttifaqının “miniatür və kitab qrafikası” bölməsinin rəhbəri olmuşdur.