HEYRAN
Şamaxı r-nu ərazisində çay. Kələnov yaylasından başlanır. Çay hazırda həm də Hacıməmmədin yaylağı adlanan Heyran yaylağının adı ilə adlandırılmışdır. Oğuzların heyranlı tayfasının adını əks etdirir.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s.225
HƏBİBOV Elnur Paşa oğlu
(1973, Şamaxı ş. – yanvar 1993, Ağdamda itkin düşmüşdür) – Qarabağ müharibəsi şəhidi.
Məlumat E. Həbibovun ailəsindən alınmışdır.
HƏKİMZADƏ ŞEYX MIRMÖHSÜN Şeyx Əli oğlu
HƏMİDOV Həmid Dədəxan oğlu
HƏMİDOV Mahir Balahəmid oğlu
(16.11.1980, Şamaxı r-nunun Sabir q.) – ərəbşünas, tərcüməçi, ərəb məhcər (mühacirət) ədəbiyyatının tədqiqatçısı, filologiya elmləri üzrə fəlsəfə doktoru (2011). Qafqaz Universitetində bakalavr, Mərmərə Universitetində (Türkiyə) magistratura təhsili almışdır. Suriya Ərəb Respublikasının Dəməşq Universitetinin ərəb dili və ədəbiyyatı bölməsində qonaq tələbə kimi təhsilini davam etdirmişdir.
HƏMYƏLİ
Şamaxı rayonu Həmyəli kənd i.ə.d.-nin mərkəzi. Pirsaat çayının sahilində, Çabanı yaylasında yerləşir. Əhalisi 1102 nəfərdir (2009), 205 təsərrüfatı var. Əsasən maldarlıq və əkinçiliklə məşğul olurlar. 1886 ildə əhalinin siyahıya alınmasında Şamaxı qəzasının Qəbiristan sahəsində Həmyəli kəndi (53 ailə, 470 nəfər) qeydə alınmışdır.
HƏRƏMİ
Azərbaycan Respublikasında palçıq vulkanları. Әsasən, Şamaxı r-nunun cənub-şərq kənarında, Böyük Hərəmi və Kiçik Hərəmi silsilələrindədir. Böyük Hərəmi vulkanının krater sahəsində 200-dən çox sopka və qrifon var.
HƏŞƏMƏDİ
Şamaxı r-nu ərazisində sıra dağlar. Pirsaat çayının orta axarından ş.-də yerləşir. Tədqiqatçılara görə, adı qismən təhrifə uğramışdır. Əslində Xoşaməddin olmalıdır.
HƏSƏN İBN RZA ŞİRVANİ
(18 əsr). Azərbaycan əczaçısı və “Siracüt-tibb” (“Tibbin çırağı”) əsərinin müəllifidir. Fars dilində yazılmış bu məşhur əsərdə yüzlərlə dərman nüsxələri göstərilmişdir. “Siracüt-tibb” orta əsr Azərbaycan əczaçılarının stolüstü kitabı olmaqla yanaşı, qonşu Şərq ölkələrində də məşhur idi. Kitabda mürəkkəb tərkibli nüsxələrdən bəhs olunur.