BAYRAMOV İmran Allahverdi oğlu
(1962, Şamaxı r-nunun Meysəri k. – 22.1.1994) – Qarabağ müharibəsi şəhidi.
Məlumat ailəsindən alınmışdır.
(1962, Şamaxı r-nunun Meysəri k. – 22.1.1994) – Qarabağ müharibəsi şəhidi.
Məlumat ailəsindən alınmışdır.
(12.2.1965, Şamaxı r-nunun Göylər k. – 26.1.1992, Daşaltıda həlak olmuşdur) – Qarabağ müharibəsi şəhidi. Əd.: “Şamaxı tarix-diyarşünaslıq muzeyi”, Bakı, 2009, s.175
(15.3.1964, Şamaxı r-nunun Bağırlı k. – 9.5.1994, Tərtər r-nununda həlak olmuşdur). Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.
Əd.: “Şamaxı tarix-diyarşünaslıq muzeyi”, Bakı, 2009, s.175
(2.5.1967, Ermənistan SSR, Amasiya r-nunun, Oxçuoğlu k.) – tarixçi, tarix üzrə fəlsəfə doktoru (2001). Bakı Dövlət Universitetini bitirmişdir. AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın beynəlxalq əlaqələr tarixi şöbəsinin aparıcı elmi işçisidir. 30 elmi məqalənin və “Şamaxı xanlığı” adlı monoqrafiyanın müəlifidir.
Məlumat N. Bayramovadan alnmışdır.
(15.7.1967, Şamaxı r-nunun Göylər k.) – filologiya üzrə fəlsəfə doktoru (2009). Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. Hazırda ADPU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əməkdaşı və Bakı şəhərindəki 73 saylı orta məktəbin müəllimidir. 1 monoqrafiyanın, bir sıra elmi və publisistik məqalənin müəllifidir.
Məlumat S.Bayramovadan alınmışdır.
Şamaxının şimal-qərbində Əngəxaran kəndinin yaxınlığında bulaq. Yerdən qaynaqlanıb çıxan gözəl sulu bu bulağın suyunu uzun müddət şəhərə gətirmək istəsələr də mümkün olmamışdır. Ona görə də onu boş, lazımsız, çarəsiz mənasını ifadə edən “bekara” və ya “beçarə” adlandırmışlar.
Əd.: K.Fərhadoğlu “Qədim Şirvan elinə səyahət”, Bakı, 2005
Ədәbi mәclis. 19 әsrin 60-cı illәrindә Şamaxıda şair Mәһәmmәd Sәfanın evindә yaradılmışdı; mәclisin adı da bununla әlaqәdardır (ər. beyt-ev + Sәfa). Seyid Әzim Şirvani, Mollağa Bixud, Ağababa Züһuri, Qafar Raqib, Әlәkbәr Qafil, Molla Maһmud Zuyi vә b. şairlәr mәclisin fәal üzvlәri idi. Mәclisә Seyid Әzim Şirvani vә Mollağa Bixud başçılıq edirdilәr. “Beyt üs-Səfa” Şuşadakı “Mәclisi-üns”, “Məclisi-fәramuşan”, Bakıdakı “Mәcmә üş-şüәra” ilә sıx әlaqә saxlayırdı. Mәclisdә әdәbiyyat, incəsənət, fəlsəfə məsələlərinə dair söһbәtlәr aparılır, klassiklәrin әsәrlәri mütaliә olunur, onların mәşһur şeirlərinə nəzirə yazılırdı. Məclis klassik şeirin yayılmasına yardım göstərsə də dövrün qabaqcıl ədəbi hərəkatından geri qalırdı.
Əd.: ASE, II cild, Bakı, 1978, s.73,
Azərbaycan Milli Ensiklopediyası, 3 cild, Bakı, 2011, s.536
Şəmsəddin Məhəmməd oğlu Bədr Şirvani (1387, Şamaxı – 1450, Şamaxı, yaxud Bakı) – Azərbaycan şairi. Mükəmməl təhsil almış, klassik Şərq ədəbiyyatını dərindən öyrənmişdir. Azərbaycan, fars, habelə ərəb dillərində yazmışdır. 10-11 yaşlarından şeir yazmağa başlayan Bədr Şirvani, on ilə yaxın Xorasan, Gilan, Qarabağ, Təbriz, Qəbələ, Ərdəbil, Dərbənddə olmuşdur. Vətənə qayıtdıqdan sonra Şirvanşahların sarayında yaşamışdır. Ədəbi irsindən Azərbaycan və fars dillərində 12500 beytdən ibarət olan divanı (əlyazması Özbəkistan EA Şərqşünaslıq İnstitutunun kitabxanasında saxlanılır) məlumdur. Əsasən qəzəl və qəsidələr yazmışdır. Onun Şirvanşah I Xəlilüllaha yazdığı 29 beytlik qəsidə Xaqaninin məşhur “Qəsideyi-şiniyyə”sinə nəzirədir. Şair öz dövründə nəinki Azərbaycanda, hətta İran və Orta Asiyada qüdrətli sənətkar kimi tanınmışdır. Ana dilində yazdığı şeirlər 15 əsr Azərbaycan ədəbi-bədii dilini öyrənmək baxımından müstəsna əhəmiyyətə malikdir.
Əd.: Azərbaycan Milli Ensiklopediyası, 3 cild, Bakı, 2011, s.547
(? – ?) – 12 əsr ədəbiyyatşünası. “Elmi-ədəb”də elmin bu istiqamətinə başçılıq etmişdir. Xaqani Şirvaniyə şeir nəzəriyyəsini öyrətmişdir.
Əd:E.Mehrəliyev “Şirvan Elmlər Akademiyası”, Bakı, “Çaşıoğlu”, 2000, s.61
(15.12.1909, Bakı yaxınlığındakı Əmircan k.- 14.10.1974, Moskva; Əmircanda dəfn edilmişdir) – Azərb. rəssamı, müasir Azərb. boyakarlıq sənətində mənzərə janrının yaradıcılarından biri. Azərb. SSR xalq rəssamı (1963). Azərb. SSR Dövlət mükafatı laureatı (1972). Azərb. Rəssamlıq Məktəbində (1927-31) və V.İ. Surikov ad. Moskva Dövlət Rəssamlıq İnstitutunda (1933-1940) təhsil almışdır.