ƏSGƏROV Firudin Həsən oğlu
(25.5.1933, Ağdaş ş. – 3.3.2005, Bakı ş.) – geoloq, geologiya-mineralogiya elmləri namizədi (1968), Beynəlxalq Ekoenerji Akademiyasının professoru (1993). Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. Azərbaycan Dövlət Neft Akademiyasında, Əlcəzairin Bumərdəs şəhərinin Sanye Universitetində müəllim işləmişdir.
ƏSKƏROV Tahir Tanqah oğlu
ƏTŞAN ŞİRVANİ
Molla Əliabbas Ətşan Şirvani (?, Şamaxı ş. – 1918, Gəncə ş.) – şair, müəllim. Şair Abbas Səhhətin atasıdır. Ərəb və fars dillərini mükəmməl bilmiş, fars və Azərbaycan dillərində şeirlər yazmışdır. Bu əsərlər məhəbbət mövzusunda qəzəllər, dini mövzuda mərsiyələr, ailə-məişət mövzusunda satirik şeirlər idi. Şeirlərinin az bir qismi məlumdur. Uzun müddət müəllimlik etmişdir. Oğlu Abbas Səhhətlə eyni gündə Gəncədə vəfat etmiş və orada dəfn olunmuşdur.
ƏYYUBOVA Mələkxanım
(5.11.1962, Şamaxı ş.) – xanəndə, Azərbaycan Respublikasının xalq artisti. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Muğam sənətinin sirlərini Qulu Əsgərovdan öyrənmişdir. 1980 ildə yeni yaradılmış “İrs” folklor ansamblına dəvət olunmuş və qədim xalq mahnılarını böyük ustalıqla ifa etmişdir. 1984 ildə Azərbaycan Dövlət Televiziya və Radiosuna solist kimi cəlb edilmişdir. S.Rüstəmov adına xalq çalğı alətləri orkestrinin müşayiəti ilə yazdırdığı bir sıra bəstəkar mahnıları və zərb muğamları Azərbaycan radiosunun qızıl fondunda saxlanılır.
ƏZİZBƏYOV Şamil Əbdürrəhim oğlu
(16.2.1906, Şamaxı – 14.5.1976, Bakı) – Azərbaycan geoloqu, geologiya-mineralogiya e.d. (1943), prof. (1944), Azərbaycan SSR EA akademiki (1945), Azərbaycan SSR əməkdar elm xadimi (1960), Azərbaycan SSR EA vitse-prezidenti və Azərbaycan SSR EA geologiya-kimya elmləri və neft bölməsinin sədri (1945-47), Azərbaycan SSR EA Rəyasət Heyətinin üzvü və Yer elmləri bölməsinin akademik katibi (1959-76) eyni zamanda Geologiya İnstitutunda petrologiya laboratoriyasının rəhbəri (1947-76) olmuşdur. Әzizbəyov Qafqazın geologiyasına, maqnetizminə və metallogeniyasına dair bir sıra aktual problemləri həll etmişdir.
ƏZİZBƏYOVA Zibeydə Salam qızı
(30.12.1915, Şamaxı – 10.5.1985, Bakı) – bitki fizioloqu, biologiya e.d. (1965). 1967 ildən Azərbaycan SSR EA L.M. Komarov adına Botanika İnstitutunda bitkilərin duza davamlığı laboratoriyasının müdiri olmuşdur. Әsas tədqiqatı bitkilərin duza davamlığını öyrənməyə həsr edilmişdir. Әzizbəyovanın elmi kadrlar hazırlanmasında da xidməti var.
ƏZMƏMMƏDOV Faiq Əzməmməd oğlu
Prezident İlham Əliyev Şamaxı 2009-cu il noyabrın 26-da Tarix-Diyarşünaslıq Muzeyinin əsaslı təmirdən sonra açılışında iştirak etmişdir
1945-ci ildən fəaliyyət göstərən və istifadəyə yararsız vəziyyətə düşən Tarix-Diyarşünaslıq Muzeyinin əsaslı təmirinə 2008-ci ilin avqust ayında başlanmış, 2009-cu il noyabrın 26-da Prezident İlham Əliyev tərəfindən açılmışdır.
ӘDӘBİ MӘCLİSLӘR
Azərbaycanda orta әsrlәrdәn başlayaraq 19 əsrin axırınadәk fәaliyyәt göstәrmiş şeir məclisləri. Ədəbi məclislər vaxtilə hökmdarların saraylarında yaradılmışdı; 12 әsrdәn Eldәgәzlәrin, Şirvanşahların, 16 әsrdә isә Şah İsmayıl Xәtainin sarayında dövrün görkәmli sәnәtkarlarının toplandığı Әdəbi məclislər olmuşdur.